Zurabişvilinin andiçməsinə 1800 qonaq gələcək

Zurabişvilinin andiçməsinə 1800 qonaq gələcək
04:53 14 Dekabr 2018
30 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimində 1800 qonaq iştirak edəcək.

Publika.az xəbər verir ki, qonaqların 800 nəfərinin siyahısını S.Zurabişvili özü hazırlayıb.

Protokola əsasən andiçmə mərasimi 40 dəqiqə davam edəcək və qonaqlar mərasimi ayaq üstə izləyəcəklər. S.Zurabişvili yeni konstitusiyaya əl basaraq and içəcək və ölkənin əsas qanunu andiçmə mərasimindən dərhal sonra qüvvəyə minəcək.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın 5-ci prezidentinin andiçmə mərasimi dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində gürcü çarı II İraklinin sarayında keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/263041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR