"Yuventus" rekord qiymətə satdığı futbolçunu alır

"Yuventus" rekord qiymətə satdığı futbolçunu alır
10:12 14 Dekabr 2018
76 İdman
Ölkə mətbuatı
A- A+

(adsgarden = window.adsgarden || []).push(); "Yuventus" "Mançester Yunayted"də çıxış edən Paul Poqbanı geri qaytarmaq istəyirö Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, İngiltərə klubunda baş məşqçi Joze Mourinyo ilə yola getməyən fransız ulduz üçün italyanlar 80 milyon avro təklif etməyə hazırlaşır. "Barselona"nın da maraq dairəsində olan Poqba özü də "Yuventus"a dönməyi arzulayır.  Gələn ay "Mançester Yunayted"ə rəsmi təkliflə müraciət edəcək "Yuventus" yox cavabı alacağı halda diqqətini "Real"ın ulduzu İskoya yönəldəcək. Qeyd edək ki, Poqbanı 2012-ci ildə "Mançester Yunayted"dən pulsuz transfer edən "Yuventus" fransız futbolçunu 2016-cı ildə bu kluba 105 milyon avroya satmışdı. Həmin vaxt bu transfer rekordu hesab olunurdu.  Fanat.Az (adsgarden = window.adsgarden || []).push({});

Xəbərin orijinal ünvanı: http://fanat.az/yuventus-rekord-qiymete-satdii-futbolcunu-alir/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR