İbrahimoviçin evini partlatmaq istədilər?

İbrahimoviçin evini partlatmaq istədilər?
20:32 13 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Malmö polisi Fransanın "PSJ" klubunun futbolçusu Zlatan İbrahimoviçin evinin yaxınlığında qumbara tapıb.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, polislər qumbaranı zərərsizləşdirdikdən sonra villanın ətrafını mühasirəyə alıblar.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Versiyalardan birinə görə, hadisənin arxasında heyvan hüquqlarının müdafiəçiləri dayana bilər. Belə ki, Z.İbrahimoviç Yeni il bayramı günlərində ov zamanı 500 kq-lıq sığın vurmuşdu. Bu hadisə İsveçdə heyvan müdafiəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR