"Sabah" Türkiyədə 4 yoxlama oyunu keçirəcək

"Sabah" Türkiyədə 4 yoxlama oyunu keçirəcək
15:17 14 Dekabr 2018
24 İdman
Ölkə mətbuatı
A- A+

(adsgarden = window.adsgarden || []).push(); "Sabah” klubunun qış fasiləsindəki hazırlıq planı dəqiqləşib. Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalyanın Lara bölgəsindəki "Titanik” otelində məskunlaşacaq komanda, burada olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.  Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Elşad Əhmədovun rəhbərlik etdiyi kollektivin qarşılaşacağı komandalar hələlik bəlli deyil.  Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasında 17 xalla 4-cü yerdədir.  Fanat.Az (adsgarden = window.adsgarden || []).push({});

Xəbərin orijinal ünvanı: http://www.fanat.az/sabah-turkiyede-4-yoxlama-oyunu-kecirecek/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR