Sabahdan avtovağzal gücləndirmiş iş rejiminə keçir

Sabahdan avtovağzal gücləndirmiş iş rejiminə keçir
17:33 14 Dekabr 2018
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə dekabrın 15-dən yanvarın 3-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Avtovağzaldan Publika.az-a verilən məlumata görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən 200-dən çox ehtiyat avtobus ayrılıb.

Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin Avtovağzaldan yola salınır.
Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər.

Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalının mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/263114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR