Tədbirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 12 nəfər öldü

Tədbirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 12 nəfər öldü
22:48 14 Dekabr 2018
100 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın Kərnatəkə ştatında qidadan zəhərlənmə nəticəsində aralarında 15 yaşlı qız olmaqla 12 nəfər ölüb, 80 nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə bir məbədin ərazisində qüllənin inşa olunmasına həsr edilən tədbirdə verilən ziyafətdə vegetarian plovu yedikdən sonra baş verib. İnsanlardan başqa, həmin plovdan yeyən 60 quşun da cəsədi aşkarlanıb.

Faciə ilə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/263148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR