UEFA "Arsenal" - "Qarabağ" matçında baş verənlərlə bağlı iş açdı

UEFA "Arsenal" - "Qarabağ" matçında baş verənlərlə bağlı iş açdı
01:28 15 Dekabr 2018
42 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Nəzarət, Etika və İntizam Komitəsidekabrın 13-də İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur matçında baş verənlərlə bağlı iş açıb.

Publika.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, qitə futbol qurumu iki olayla əlaqədar tədbirlər görəcək. Bunlardan biri meydana erməni azarkeşin qondarma DQR bayrağı ilə meydana girməsi, digəri isə görüşün nəzərdə tutulandan gec başlamasıdır. Məsələyə 2019-cu il fevralın 21-də baxılacaq.

Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl “Qarabağ”ın futbolçusu Maksim Medvedev matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin separatçı “Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olmasına münasibət bildirərkən qeyd edib ki, bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/263160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR