AMEA-da İKİ TƏYİNAT

AMEA-da İKİ TƏYİNAT
09:18 15 Dekabr 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyləri münasibətilə təltif olunmuş əməkdaşlara mükafatlar təqdim edilib.

Publika.az xəbər verir ki, mükafatları bu günkeçirilən Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

İclasın sonunda kadr məsələləri gündəmdə olub. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova isə AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/263171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR