Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir
09:36 15 Dekabr 2018
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir.

Trend-in məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunur.

Konfransın ikinci günündə Azərbaycan tərəfdən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər.

Dekabrın 15-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/2994063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR