FHN-in kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

FHN-in kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
13:58 15 Dekabr 2018
45 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Publika.az xəbər verir ki, bu münasibətlə dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/263193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR