Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ

Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ
14:48 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

CVN internet televiziyasının 8 əməkdaşı işdən ayrılıb.

Publika.az xəbər verir ki, bu sözləri televiziyasının əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş produserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub:

“Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk etdik. Buna səbəb baş produser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub”.

Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/263198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR