Məşhur futbolçu Argentinanın baş məşqçisi olacaq

Məşhur futbolçu Argentinanın baş məşqçisi olacaq
17:27 15 Dekabr 2018
50 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində "Banfild"in baş məşqçisi olacaq.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə klubun prezidenti Oksar Tuker "Twitter" vasitəsi ilə bildirib. O, 43 yaşlı mütəxəssislə razılıq əldə olunduğunu vurğulayıb. Argentinanın yüksək dəstəsində çıxış edən "Banfild" 15 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Krespo futbolçu karyerası ərzində vətənində "River Pleyt", İtaliyada "Parma", "Latsio", "Milan", "İnter", "Cenoa" və İngiltərənin "Çelsi" komandalarının formasını geyinib. O, indiyədək "Parma"nın gənclər və "Modena"nın əsas komandasına rəhbərlik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR