11 yaşlı Tramp soyadından imtina etmək istəyir

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
18:32 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampla eyni soyadı daşıyan 11 yaşlı Coşua Tramp öz nəsil adından imtina etmək istəyir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Meqan Tramp Berto və Bobbi Berto uşaqları Coşua Trampın məktəbdə soyadına görə zorakılığa məruz qaldığını və buna görə psixologiyasının pozulduğunu bildiriblər.

Qeyd olunur ki, Bobbi Berto Coşuanın ögey atasıdır. Anası Meqan isə övladının məktəb yoldaşları tərəfindən hər gün "söyüş yağışı"na tutulduğunu və məsxərəyə qoyulduğunu bildirib.

Bu səbəbdən Coşuanı məktəbə aparan avtobus belə dəyişdirilib. Lakin bu da kömək etməyib. Belə ki, uşaqların adlarını bri-bir yoxlayan avtobus şoferi Coşuanın soyadını çağıranda uşaqlar ona "səfeh", "axmaq" kimi müraciət etməyə başlayıblar.

Bu səbəbdən Coşua Tramp ögey atasının Berto soyadını götürmək məcburiyyətində qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/712827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR