Azərbaycanda təhsil şöbəsinə məxsus avtomobil yandı - FOTO

Azərbaycanda təhsil şöbəsinə məxsus avtomobil yandı - FOTO
18:37 15 Dekabr 2018
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda avtomobil yanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı, 48 AA 048 dövlət qeydiyyatı nişanlı avtomobil anidən alışıb. Hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və avtomobilin tamamilə yanmasının qarşısı alınıb. Ancaq maşının mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, avtomobil Oğuz Rayon Təhsil şöbəsinə məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/712837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR