“Maşın şou”da meyxanaçı ilə aktyor arasında kişilik və ləyaqət QALMAQALI: "Cürətiniz varsa..."

“Maşın şou”da meyxanaçı ilə aktyor arasında kişilik və ləyaqət QALMAQALI: "Cürətiniz varsa..."
19:03 15 Dekabr 2018
99 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, “Maşın şou”nun dünənki buraxılışında oyunu meyxanaçı Oqtay Kamil tərk edib. Sms səsverməsinə çıxan Sərxan Kərəmoğlu oyundan meyxanaçını çıxardıb.

Publika.az xəbər verir ki, verilişdə yaranan kişilik qalmaqalı sosial şəbəkədə davam edib.

"Ümumiyyətlə kişilik söhbəti yığışdırılsın, bu verilişdə kişilik söhbətləri etmək lazım deyil, çünki biz buraya oyun oynamaq üçün gəlmişik. Bura oyundur, oyunda nə kişilik” deyən Sərxan Kərəmoğlu ünvanına deyilən tənqidlərə cavab verib. O, sosial şəbəkədə Oqtay Kamil arasında yaranmış qalmaqala belə münasibət bildirib:

"Bəzi adamlar verilişi əvvəldən izləsəydi, bilərdi söhbət nədən gedir. Sərxan neçə dəfə soruşdu, kimdir mənim şəklimi atan? Kişi Oqtay dandı və Nazilə Səfərlini göstərdi. Bir az sonra Oqtayın kişilik sindromu tutdu və deyir gəl, kişilikdən danışmayaq, sənin şəklini mən atmışam. Necə olur kişilik? Kişilik əgər oyunda yoxdursa, Oqtayın "Kişiliyin oyuna dəxli yoxdur" deməsi, Sərxanın boynuna düşməlidir? Demək, bu bir oyundur. Dəstək çıxanlar bir öz həyatlarına baxsınlar, sonra Sərxan haqda danışsınlar. Sərxan kişilik nümayiş etdirməyə yox, oyun oynamağa gedib. Oqtay da öz oyununun qurbanı oldu. Sərxana təhqir yazanlar, cürətiniz varsa, ona təklikdə yazın, görüşüb kişiliyini sübut etsin".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/263210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR