Ziya Əzizov oynamadı, komandası məğlub oldu

Ziya Əzizov oynamadı, komandası məğlub oldu
19:17 15 Dekabr 2018
31 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Hollandiya ikinci liqasında 18-ci turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi "NEK Neymegen" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Maastrixt"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"NEK Neymegen" hazırda 25 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR