Tələbələr dəhşətli qəzaya düşdü: ölənlər var - FOTO/VİDEO

Tələbələr dəhşətli qəzaya düşdü: ölənlər var - FOTO/VİDEO
19:18 15 Dekabr 2018
79 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk vilayətində çox sayda insanın həlak olduğu ağır yol hadisəsi baş verib.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, Krasnoyarskdan Ujur istiqamətində hərəkət edən sərnişin avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, əksəriyyəti tələbələr olan sərnişinlər müxtəlif dərəcədə yaralanıblar. Ölənlərin sayı dəqiq göstərilməsə də, çox olduğu bildirilir.

Şahidlər hadisəyə səbəb kimi kəskin hava şəraitini göstərərək, həmin gün çox soyuq olduğunu və güclü külək əsdiyini deyiblər.

Yerli Yol polisinin mətbuat xidmətindən verilən xəbərə görə, qəzanın baş verdiyi Nazarov şəhərinə dərhal təcili tibbi yardım maşını göndərilib.

Hazırda hadisənin səbəbləri və detalları araşdırılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/263217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR