Qədr surəsi oxumağın fəziləti və tükənməyən bərəkəti

Qədr surəsi oxumağın fəziləti və tükənməyən bərəkəti
19:52 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Qədr surəsi Qurani Kərimin 97-ci surəsidir. Bu surə Ramazan ayında bir gecənin adıyla bağlıdır. Bu gecə Allah dərgahında çox əhəmiyyətə malik olan gecələrdəndir. Çünki bu ilahı rəhmət olan Quran bu gecədə nazil olmuşdur.

Allahın kitabında olan hər bir kəlmənin, hər bir hərfin sirr dolu hikməti olduğu kimi böyük mənəvi təsiri, xeyir-bərəkəti vardır. Quran oxuyan kəs elm, mərifət əldə etməklə yanaşı, həm də böyük nuraniyyət əldə etmiş olur. Bu səbəbdən daima möminlərə Quran tilavəti tövsiyə olunur.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, hər bir kəlmə və ayənin özünə məxsus bərəkəti olduğu kimi Qədr surəsinin də özünə məxsus, saymaqla bitməyən fəzilətləri vardır. Bu barədə hədislərdə belə buyrulur:

1-İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr" surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: "Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!"".

2-İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr" surəsini suya oxuyar və onu içər - Allah onun gözündə nur qərar verər".
3-İmam Rza (ə) buyurur: "O mömin ki, dəstəmaz alan zaman "Qədr" surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi".
4-İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr" surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar - Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər".

5-Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim yatan zaman "Qədr" surəsini on bir dəfə oxuyarsa, Allah on bir mələyi məmur edər ki, onu hər şeytanın şərrindən qorusun"

Həçinin bütün bunlarla yanaşı Qədr surəsi barədə buyurulur ki, ruzinin çoxalması üçün hər gün sübh vaxtı 10 dəfə oxunsun, o cümlədən evə daxil olduqda və ya evdən çıxıb bir iş dalınca gedildiyində oxunması çox tövsiyə olunur.

Həmçinin dəstəmaz aldıqdan sonra qurulanarkən qədr surəsi oxumaq tövsiyə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/711880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR