Omega-3 yağ turşuları hansı xəstəlikdən qoruyur?

Omega-3 yağ turşuları hansı xəstəlikdən qoruyur?
22:17 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Omega-3 yağ turşuları ürək xəstəliyi riskini azaldır. Amerika Ürək Cəmiyyəti, həftədə ən az iki dəfə balıq yeməyi, bunun mümkün olmadığı hallarda isə omega-3 ehtiva edən vitaminlər istifadə etməyi təklif edir. Bunun səbəbi isə balıqda olan omega-3 yağ turşularının ürək xəstəliklərində qoruyucu xüsusiyyətinin olmasıdır.

Daha əvvəl nəşr olunan araşdırmalarda, omega-3 yağ turşularının anormal ürək döyüntüsünü azaldıb, qandakı yağ səviyyələrini saldığı, damarları tıxayan trombları azaltdığı və qan təzyiqini bir miqdar saldığı müəyyən edilib.

Yeni nəşr olunan bir araşdırmada omega-3 yağ turşularından əsasən iki dənəsi (eicosapentaenoic turşusu və docosahexaenoic turşusu) araşdırılmışdır.

Araşdırma nəticəsində omega-3 yağ turşularının qidalarla, ya da qida vitaminləri kimi istehlak edilməsinin, qan triqliserid və ya yağ səviyyəsi yüksək olanlarda ürək xəstəliyi inkişaf riskini 16% nisbətində azaltdığı, LDL xolesterini yüksək olanlarda isə 14% nisbətində saldığı müşahidə edilmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/711902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR