Arxayınlaşsaq, cəzalana bilərik - Ayxan Abbasov

Arxayınlaşsaq, cəzalana bilərik - Ayxan Abbasov
22:52 15 Dekabr 2018
48 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, gənc mütəxəssis bunları deyib:

- Səfərdə oynayırdıq. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Son oyunumuzu "Neftçi"yə qarşı oynamağımız üstünlüyümüz idi, rəqibi tanıyırdıq. Amma onların ən böyük silahı Baqali Dabo meydanda idi. Biz də rəqibi analiz etmişdik. Sona qədər vuruşacağıq. Sumqayıtdakı oyun daha çətin olacaq. İki itkimiz var. Sevinirəm ki, 1988-ci il təvəllüdlü futbolçular meydanda yaxşı oyun göstərə bildilər. Bu, bizim üçün önəmli idi.

- Bu nəticədən sonra futbolçuları eyni ab-havada saxlamaq çətin olmayacaq?

- Paltardəyişmə otağında məhz bunu dedim futbolçulara. Arxayınlaşsaq, cəzalana bilərik. Bu, böyükhesablı qələbə deyil.

- "Neftçi"yə qarşı iki ardıcıl oyunda qol buraxmamağın sirrini aça bilərsiz?

- Sirr yoxdu. Futbolçularımız əzmkarlıq göstərdilər. Əllərindən gələni etdilər ki, qapını toxunulmaz saxlasınlar. Ustalıq səviyyəsi baxımından rəqibdən geri qalsaq da, əzmkarlıq baxımından geri qalmırıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR