ABŞ Türkiyənin əməliyyatına qarşı: Kim yardım etsə...

ABŞ Türkiyənin əməliyyatına qarşı: Kim yardım etsə...
23:32 15 Dekabr 2018
67 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ rəhbərliyi suriyali hərbçiləri və siyasi müxalifləri Türkiyənin Fərat çayının şərqində YPG/PKK terrorçularına qarşı aparacağı hərbi əməliyyatlara qatılmaması üçün təhdid edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ Türkiyənin başladacağı hərbi əməliyyatlarda iştirak edəcək tərəflərin ABŞ ordusu ilə qarşı-qarşıya gələcəyini bildirib:

"Suriya Müxalif və İnqilabi Qüvvələr Regional Koalisiyası (SMDK) və ya Azad Suriya Ordusunun hər hansı bir formada əməliyyatlarda iştirakı ABŞ və koalisiya qüvvələrinə hücum deməkdir. Bu istər koalisiya qüvvələri, istərsə də ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq".

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqində əməliyyata başlayacaqlarını açıqlayıb. YPG komandanı Mazlum Kobani isə ABŞ-a çağırış edərək yardım istəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR