SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətininin endirilməsi ilə bağlı məlumat yayıb

SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətininin endirilməsi ilə bağlı məlumat yayıb
21:12 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 21:02 ]

Bakı-APA. SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətininin endirilməsi ilə bağlı məlumat yayıb.

APA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir:  “Son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar SOCAR tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015 ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib”.

 

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR