Gürcüstanda gənc azərbaycanlı rəssamın fərdi sərgisi açıldı - FOTOLAR

Gürcüstanda gənc azərbaycanlı rəssamın fərdi sərgisi açıldı - FOTOLAR
02:58 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Rustavi şəhərinin Tarix Muzeyində istedadlı gənc azərbaycanlı rəssam və heykəltəraş Rasim Həsənovun ilk fərdi sərgisi açılıb.

“Report”un verdiyi xəbərə görə, Rustavi şəhər meriyasının təşkilatçılığı ilə keçirilən “Gözlərinizi açacağam” adlı sərgidə müəllifin 15 əsəri təqdim olunub.

R.Həsənov əsərlərində yalnız rəssamlıq deyil, heykəltəraşlıq, qrafika və məişət əşyalarının sintezindən də istifadə edib. Sərginin əsas mövzusu cəmiyyəti narahat edən aktual sosial problemlərə həsr olunub.

Sərginin açılış mərasimində Kvemo Kartli bölgəsinin qubernator müavini Kaxa Koberidze, Rustavi meri İrakli Tabaqua, digər rəsmi şəxlər, azərbaycanlı gənclər və ziyalılar iştirak ediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/263239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR