Pol Makkartninin evinə oğrular girdi

Pol Makkartninin evinə oğrular girdi
06:05 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

"The Beatles" qrupunun keçmiş üzvü Pol Makkartninin evinə oğrular girib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə "The Daily Mail" qəzeti yazıb. Bununla yanaşı, oğruların evdən nə apardığı barədə məlumat verilmir.

Xəbərə əsasən, cinayət Polun Liverpuldakı konsertindən bir neçə gün əvvəl baş verib. Konsert "Freshen Up" dünya turunun Britaniya çərçivəsində keçirilib. Polis əməkdaşları Sent-Cons-Vud rayonuna oğurluq barədə xəbərdən bir neçə dəqiqə sonra çatıblar. Oğurluqla bağlı həbs və saxlanılma olmayıb.

Qeyd edək ki, Pol Makkartninin Londondakı evinin dəyəri 12.6 milyon dollardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/712757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR