Stalinin telefon kitabçası satıldı - 3 milyona

Stalinin telefon kitabçası satıldı - 3 milyona
07:17 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

SSRİ liderlərindən İosif Stalinə məxsus telefon kitabçası hərracda satışa çıxarılıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, telefon kitabçasında hökumət avtomatik telefon stansiyasının bütün abonentlərinin siyahısı olub.

"Litfond" hərrac evinin rəhbəri Sergey Burmistrov bu barədə mətbuata xəbər verib. Bildirilir ki, telefon kitabçası 1950-ci ildə nəşr edilib.

Burmistrov qeyd edib ki, telefon kitabçası hərracda 3 milyon rubla satılıb.

Onun sözlərinə əsasən, kitabça Stalinin yaxın dostu Nikolay Şvernikdə olub. O, əlavə edib ki, kitabçada kabinetin yüksək rütbəli şəxslərindən tutmuş, bağ evinin sürücüsü, siyasi büronun bütün üzvləri və onların köməkçilərinin də nömrəsi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/712756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR