Yanacağın satış qiymətininin endirilməsi ilə bağlı SOCAR-ın məlumatı

Yanacağın satış qiymətininin endirilməsi ilə bağlı SOCAR-ın məlumatı
21:14 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətininin endirilməsi ilə bağlı məlumat yayıb.  Lent.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir:  “Son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar SOCAR tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015 ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib”.

 

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR