Merkel üçün yeni təyyarə alınacaq - 200-300 milyon avroya

Merkel üçün yeni təyyarə alınacaq - 200-300 milyon avroya
08:47 16 Dekabr 2018
43 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Müdafiə Nazirliyi ötən ay kansler Angela Merkelin təyyarəsinin texniki nasazlıq səbəbindən məcburi eniş etməsini nəzərə alaraq, ən azı bir ədəd "A330" və ya "A350" tipli uzaqmənzilli təyyarə almağı planlaşdırır.

Milli.Az "report"-a istinadən bildirir ki, həmin təyyarə istehsalat ili və təchizat səviyyəsinə görə 200-300 milyon avroya başa gələcək.

Noyabr ayının axırında Almaniyanın hökumət başçısı G-20 zirvə görüşündə iştirak etmək üçün Buenos Ayresə yola düşərkən, təyyarədəki nasazlıq ucbatından Kölndə yerə məcburi eniş edib və adi sərnişin təyyarəsinə minərək sammitə gecikmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR