Bu gün Gürcüstanın yeni seçilmiş prezidenti and içəcək

Bu gün Gürcüstanın yeni seçilmiş prezidenti and içəcək
09:05 16 Dekabr 2018
59 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bazar günü vəzifəsinin icrasına başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni dövlət başçısının inauqurasiyası Telavi şəhərində olacaq. Mərasim dekabrın 16-da yerli vaxtla saat 15:00-da başlayacaq və təxminən 40 dəqiqə davam edəcək.

Telavi şəhəri Tbilisidən 105 kilometr məsafədə yerləşir. İnauqurasiya mərasimi buradakı qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçiriləcək. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.

Mərasimdə 1800 yerli və xarici qonağın, həmçinin ölkə silahlı qüvvələrinin 200 hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hakim "Gürcü arzusu" partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 səs toplayaraq seçkilərdə qalib gəlib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR