Uşağın mədəsindən çıxanlar həkimləri ŞOKA SALDI

Uşağın mədəsindən çıxanlar həkimləri ŞOKA SALDI
09:22 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Əməliyyat zamanı uşağın mədəsindən plastik çay qaşığı, əlcək, torba və kabel çıxarılıb. Onların ümumi çəkisi 2 kilo olub.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, sözügedən əməliyyat Türkiyənin Şanlıurfa şəhərində keçirilib.

14 yaşlı Məhmət Əkinçi qarın ağrısı diaqnozu ilə xəstəxanaya gətirilib.

Müayinələrdən sonra Harran Universitetinin Tibb Fakültəsinin Xəstəxanasında Əkinçinin mədə və bağırsağında yad əşyalar aşkar edilib.

Dərhal əməliyyat edilən uşağın mədə və bağırsağında olan 2 kiloqrama yaxın yad əşyalar çıxarılıb.

Əməliyyatı uğurla sona çatdıran həkimlər şok yaşadıqlarını dilə gətirib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/712924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR