ABŞ İŞİD-i bəhanə etdi: Kürdlər Fərata doğru irəliləyir

ABŞ İŞİD-i bəhanə etdi: Kürdlər Fərata doğru irəliləyir
09:32 16 Dekabr 2018
51 Dünya
Ölkə mətbuatı
A- A+

Demokratik Suriya Qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsindəki Hacin şəhərinin mərkəzinə doğru irəliləyib, Axar.az məlumat yayıb.

Milli.Az bildirir ki, ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Şon Rayanın sözlərinə görə, Demokratik Suriya Qüvvələri Fəratın orta hissəsinə doğru uğurla irəliləyir:

"DSQ Hacinin mərkəzinə və ətrafına doğru irəliləməkdədir. İŞİD əvvəlki kimi təhlükəli vəziyyət yaradır. Demokratik Suriya Qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün yenidən qruplaşırlar və bunu yavaşlandırmaq üçün əl üsulu ilə hazırlanmış bombalardan istifadə edirlər".

Rayan İŞİD terrorçularının bölgədə son günlərini yaşadığını bildirərək, mübarizənin tamamlanmadığını söyləyib.

Qeyd edək ki, Türkiyə ordusu Fəratın şərqində hərbi əməliyyata hazırlaşır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR