Tramp daxili işlər nazirini də işdən çıxarır

Tramp daxili işlər nazirini də işdən çıxarır
10:42 16 Dekabr 2018
38 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın daxili işlər naziri Rayan Zinke ilin sonunda vəzifəsindən ayrılacaq.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə prezident Donald Tramp "Twitter" hesabında yazıb. Lakin ABŞ prezidenti nazirin hansı səbəbdən işdən çıxarılacağını açıqlamayıb.

"Rayan vəzifə müddətində çox şey əldə edib və mən ona ölkəmizə verdiyi xidmətlərə görə təşəkkür etmək istəyirəm. Tramp administrasiyası gələn həftə yeni daxili işlər nazirini elan edəcək", - deyə Tramp bəyan edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR