Millimizin sabiq forvardı üçün 63 dəqiqə və 3 xal

Millimizin sabiq forvardı üçün 63 dəqiqə və 3 xal
10:52 16 Dekabr 2018
42 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilir.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Qazişəhər Qaziantep"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

"Gənclərbirliyi" hazırda 38 xalla 18 kollektiv arasında 1-cidi.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR