İran səfiri 6 nəfərin ölümü ilə bağlı XİN-ə çağırıldı - Tələb

İran səfiri 6 nəfərin ölümü ilə bağlı XİN-ə çağırıldı - Tələb
11:47 16 Dekabr 2018
38 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Pakistanın paytaxtı İslamabaddakı səfiri Mehdi Xonardost Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Pakistan XİN-dən verilən açıqlamada Xonardostun İran-Pakistan sərhədində 6 əsgərin həlak olduğu teraktla bağlı çağırıldığı bildirilib.

Pakistan İrandan terrorçularla daha təsiredici şəkildə mübarizə aparmasını və gələcəkdə bənzər olayların baş verməməsi üçün təhülkəsizlik tədbirlərinin artırılmasını tələb edib.

Qeyd edək ki, ötən gün Pakistanın Bəlucistan əyalətinin Keç dairəsində terrorçuların mühafizə dəstəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı həlak olub, 14-ü isə yaralanıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR