Nəsimi rayonunda oğrular peyda olub

Nəsimi rayonunda oğrular peyda olub
12:22 16 Dekabr 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi rayonunda paytaxt sakininin boynundan qızıl boyunbağısı oğurlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, M.Cəfərov küçəsi 10 ünvanında baş verib.

Nəsimi rayonu, 20 Yanvar küçəsi bina 35, mənzil 129/130 ünvanında yaşayan Qəribov Orxan Qulaməli oğlu axşam saat 11 radələrində Nəsimi rayonu, M.Cəfərov küçəsi 10 ünvanında dayanan zaman tanımadığı iki nəfər şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxslər onun gözünə sprey sıxaraq boğazındakı qızıl boyunbağını qopardaraq hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma başladılıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/712950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR