"Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik" - Roberto Bordin

"Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik" - Roberto Bordin
13:37 16 Dekabr 2018
56 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün oyunumuz alınmadı və uduzduq. Öz oyunumuzu qurmağa çalışırdıq, amma rəqib bizi əks-hücumlarda tutdu. Təəssüf ki, penalti də əks-hücum zamanı oldu. İkinci qoldan sonra vəziyyət daha da çətinləşdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun dörddəbir final mərhələsində "Sumqayıt"la oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

İtalyan mütəxəssis bildirib: "Bu gün kubok uğrunda mübarizə aparırdıq. Çempionat isə fərqli yarışdır. İndidən çempionluq barədə düşünmək ağılsızlıq olardı. Çünki qarşıda gərgin oyunlar var".

Baş məşqçi, həmçinin yarımfinala yüksəlmək şanslarının davam etdiyini, növbəti mərhələyə yüksəlmək üçün səfər qarşılaşmasında bütün güclərini səfərbər edib sərfəli nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR