Facebook-da səhv ucbatından 6,8 milyon istifadəçinin fotoları....

Facebook-da səhv ucbatından 6,8 milyon istifadəçinin fotoları....
15:17 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

İstifəçilərin hesablarındakı fotoları əldə etmək imkanına sahib olmuş tətbiqlər həmçinin public şəkildə paylaşılmamış fotoları da əldə etmiş ola bilərlər.

Milli.Az Technote-a istinadən bildirir ki, bunun əsas səbəbi API-da olan səhv olub. Həmin səhv ucbatından kənar tətbiqlər istifadəçilərin public olmayan fotolarını əldə etmiş ola bilərlər. Bu hadisə 6.8 milyon istifadəçini əhatə etmiş ola bilər. Bu barədə Business Insider saytı xəbər verib. Qeyd etmək lazımdır ki, söhbət o tətbiqlərdən gedir hansılar ki, istifadəçilərin özəl fotolarını əldə etmək üçün onlardan icazə istəyirlər.

Adətən Facebook həmin tətbiqlərə yalnız istifadəçilərin öz hesablarında paylaşdıqları public fotoları təqdim edir. Lakin API-da baş vermiş sistem boşluğu sayəsində kənar tətbiqlər istifadəçilərin Facebook Stories-də, Marketplace-də paylaşdıqları fotoları və həmçinin istifadəçilərin sosial şəbəkəyə yükləyib, lakin paylaşmadıqları fotoları da əldə etmiş ola bilərlər. Sonuncu hal çox güman ki, ona görə baş verib ki, Facebook yüklənmiş fotonun kopyasını özündə saxlayır.

API-dakı səhv bu ilin 13-25 sentyabr tarixləri arasında olub. Həmin vaxtda API-dakı səhv ucbatından istifadəçilərin özəl fotoları 1500 tətbiqə açıq idi. Facebook şirkəti bu səhvin əhatə etdiyi istifadəçilərə xüsusi bildiriş və özəl fotoları əldə etmiş tətbiqlərin siyahısı göndəriləcək. Facebook şirkəti həmçinin həmin tətbiqlərlə əlaqə saxlayacaq və əldə edilmiş fotoların silinməsini tələb edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/712975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR