Rayon əhalisinə pulsuz xidmət göstərildi - FOTO

Rayon əhalisinə pulsuz xidmət göstərildi - FOTO
15:33 16 Dekabr 2018
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından Publika.az-a verilən məlumata görə, Sərəncamda bu quruma edilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Kollegiyanın təşəbbüsü ilə Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının qərargahında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasının bir qrup üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin ölkəmizin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/263287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR