Serbiyada faciə: 3 ölü var

Serbiyada faciə: 3 ölü var
15:37 16 Dekabr 2018
23 Dünya
Ölkə mətbuatı
A- A+

Makedoniyadan yola düşən avtobus Serbiyanın cənubunda yoldan çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 01:45-də baş verib.

Prilep-Vyana marşrutu ilə hərəkət edən avtobus yoldan çıxıb və aşıb.

Serbiya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, 3 nəfər ölüb, 28 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis qəzanın səbəblərini araşdırır. Qeyd edək ki, son iki gündür Serbiyada yağış və qar yağıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR