BDU-nun dekanı: Mübariz qırmızı xətdir, onu keçmək olmaz

BDU-nun dekanı: Mübariz qırmızı xətdir, onu keçmək olmaz
16:53 16 Dekabr 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Hər xalqın, millətin öz qırmızı cizgiləri var.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin dekanı, analitik Vüqar Zifəroğlu Milli Qəhrəman Mübariz İbrahimovla bağlı deyib. O bildirib ki, bu cizgilər, sadəcə, biri istəyib deyə, mövcud deyil:

“Onlar - həmin xalqın, millətin yüzillər boyu genetik yaddaşından süzülərək gəlmiş, nəsildən nəsilə ötürülərək formalaşmış dəyərlər sistemidir. Dövlətçilik tarixi 5 min ilə dayanan türk millətində vətən yolunda, sevdiklərinin uğruna canını fəda edə bilmək bir ərdəmdir”.

Analitik vurğulayıb ki, bu böyük şanlı millət şəhidlərini baş tacı edən bir kültürün, inancın sahibidir:

“İslamı qəbul etməmişdən öncə də, indi adına şəhidlik dediyimiz bu böyük fədakarlıq, türk millətinin dünya tarixinin istənilən mərhələsində bir varlıq dastanı yaza bilmək cəsarətinin iftixar qaynağı olub və olmaqdadır. Min illərdir bizi biz edən də məhz budur. Dəyərlərimizə, şəhidlərimizə toxunmayın!”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/263294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR