“Sarı jiletlilər” aksiyaya dünyaya yayılır - İndi də Kanada ayağa qalxdı

“Sarı jiletlilər” aksiyaya dünyaya yayılır - İndi də Kanada ayağa qalxdı
17:32 16 Dekabr 2018
48 Dünya
Ölkə mətbuatı
A- A+

17 noyabrda Fransada başlayan və daha sonra Belçika, Hollandiya, İngiltərə, Yunanıstan, İsraildə davam "Sarı jiletlilər"in aksiyası indi də Kanada da başlayıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, etirazçılar Edmonton, Toronto, Vinnipeq, Okanaqan, Monkton, Kalqari, Saskaton və Halifaks şəhərlərində hökumət əleyhinə ayağa qalxıblar.

Aksiyaçılar baş nazir Castin Trüdo rəhbərliyindəki hökumət haqqında sərt ifadələr işlədib, miqrantlarla bağlı qanuna etiraz ediblər. Onlar hökumətin miqrantların mənafeyini yerli xalqdan daha çox qoruduğunu iddia ediblər.

Aksiyalara polis müdaxilə etməyib və insidentsiz başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/712988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR