Katibə işləyən 34 yaşlı arvadını güllələdi, sonra isə...

Katibə işləyən 34 yaşlı arvadını güllələdi, sonra isə...
17:43 16 Dekabr 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Nevşehir şəhərində kişi ondan boşanmaq istəyən həyat yoldaşını güllələyəndən sonra intihar edib.

Publika.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, 40 yaşlı İbrahim Ulu 34 yaşlı həyat yoldaşı Seda Ulunu tapança ilə güllələyib. O daha sonra silahı başına dirəyərək atəş açıb.

Silah səsini eşidən qonşular polisə xəbər verib. Pəncərədən evə daxil olan polis əməkdaşları İbrahim Ulunun öldüyünü, 34 yaşlı qadının isə ağır vəziyyətdə olduğunu müəyyənləşdirib. Qadın dərhal xəstəxanaya çatdırılıb.

Bildirilir ki, cütlük 17 il əvvəl evlənib. Son vaxtlar qadın ərindən ayrılmaq istəyirmiş. 34 yaşlı Seda Ulu şəhər poliklinikasında katibə işləyirmiş.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/263273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR