Alimlər qadjetlərin uşaqlara təsiri barədə

Alimlər qadjetlərin uşaqlara təsiri barədə
19:47 16 Dekabr 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər qadjetlərdən istifadənin uşaqların zehni inkişaf prosesinə mənfi təsir göstərdiyini müəyyən edib. Eksperimentdə 9-10 yaşlarında məktəblilər iştirak edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beyinin inkişafını ləngitdiyini ortaya çıxarıb.

Eksperiment aparan ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib.

Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib.

Uşaq kompüter oyunları oynadıqda, onda izafi dərəcədə "dofamin" - həzz hormonu ifraz olunur. Qanda dofamin miqdarının artması psixi və fiziki pozuntulara yol aça bilər.

Yeni tədqiqat göstərir ki, mühazirə otağında telefonların olması qiymətləndirməni aşağı sala bilər. Alimlər müəyyən edib ki, dərslərdə telefon və noutbuklardan istifadəyə icazə verildikdə, yekun imtahanlarda tələbələr beş faiz daha aşağı nəticə göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/711601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR