ABŞ-ın Türkiyə qorxusu: qardaş ölkəyə qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

ABŞ-ın Türkiyə qorxusu: qardaş ölkəyə qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR
21:23 16 Dekabr 2018
82 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada Fərat çayının şərqində əməliyyat keçirməyi planlaşdıran Türkiyəyə qarşı ABŞ-ın cavab həmləsi gəldi.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ Fəratin şərqində YPG/PKK terror təşkilatının döyüşçülərinin əvəzinə Şimali İraq regional kürd muxtariyyətində təlim alan suriyalı peşmərgeləri yerləşdirməyi planlaşdırır.

Məlumata görə, bu barədə Məsud Bərzaninin liderliyindəki Kürdüstan Demokrat Partiyasına (KDP) yaxınlığı ilə tanınan “Basnews” xəbər saytına adını açıqlamayan bir mənbə danışıb. Mənbənin sözlərinə görə, Türkiyənin Fərat çayının şərqində planlaşdırdığı əməliyyata qarşı atılan bu planın ilk mərhələsində 400 nəfərlik peşmərgə qrupu Suriyaya gətiriləcək.

Qeyd edilir ki, İraqın Ərbil və Duhok şəhərlərindəki hərbi düşərgələrdə 2012-ci ildən bu yana təlim görən suriyalı peşmərgələrin sayı təxminən 8 min ətrafındadır.

Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesu Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.

“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/263306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR