Yol qəzası olub, ölən və yaralananlar var - FOTO

Yol qəzası olub, ölən və yaralananlar var - FOTO
21:42 16 Dekabr 2018
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Boyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilə, daha sonra isə qarşı tərəfdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ-2106" markalı avtomobildə olan, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən sərnişin ölüb. 

Hadisə nəticəsində daha iki nəfər də xəsarət alıb. Yaralılar ətrafdakı insanlarım köməkliyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR