Əgər otağınız çirklidirsə... - Alimlərdən MARAQLI FİKİRLƏR

Əgər otağınız çirklidirsə... - Alimlərdən MARAQLI FİKİRLƏR
21:57 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Dünyamız hədsiz dərəcədə şablon və ölçülərə sığandır deyilmi? Sistemləşdirmək lazım gələn hər nə varsa, hamısını sahmana salırıq. Dolablara yığır, qutulara qoyuruq. Səliqəsiz insanlara isə bir pillə yuxarıdan baxırıq. Düşünürük ki, daha təmiz dünya daha xoşbəxt həyat deməkdir. Əslində isə belə deyil.

Milli.Az bu səbəblərlə sizi tanış edir:

Həyatımız xaos və qeyri-müəyyənlik üzərində qurulub. Bir məkanda səliqə yaradaraq digərində xaosa səbəb oluruq. Məsələn, evdə təmizlik yaratmaq istəyirsiniz. Artıq əşyaları aparıb, zibil qabına tullayırsınız. Bəli, eviniz parıldayır, amma dünyadakı zibilin sayı bir az da artır.

Amerikalı fizik Adam Frank isə bildirir ki, dünya fizikanın dəyişməz xaos qanunu üzərində qurulub. Bəşəriyyətdə xaosdursa, evinizi, ətrafınızı təmizləmək dünyanın fizika qanunlarına ziddir. Özünüz diqqət edin, hətta həyatımızı nə qədər tənzimləsək də, heç nə istədiyimiz qaydada getmir. Odur ki, dünyamızın xaotik təbiətinə boyun əyməliyik.

Bu gün cəmiyyətimiz natəmizlikdə yaşayan pinti insanları hiddətlə pisləyir. Amma onların intellekti çox vaxt sahmanlı insanlardan daha güclüdür. Çünki fikirləri, düşüncələri ev təmizliyindən daha dərin mövzularla məşğuldur.

Bir çox tədqiqatçılar təmizlik düşkünü olmayan adamları tənbəl yox, daha kreativ adlandırırlar.

Mütəxəssislər düşünürlər ki, masanızdakı səliqəsizlik sizi daha çox işləməyə sövq edir.

Maraqlı təcrübələrin birini də filosof Ketlin Boxs aparıb. İnsanları 24 nəfərdən ibarət olmaq şərtilə 2 qrupa bölən alim tennis topunu başqa hansı məqsədlərlə istifadə etmək mümkün olduğunu soruşub. Komandanın biri səliqəli, digəri isə dağınıq otağa göndərilib. Hər iki qrupun ideyaları eyni sayda olsa da, ikinci komanda daha yaradıcı fikirlər səsləndirib.

Filosof üzünü cəmiyyətə tutaraq, "əgər kreativ düşüncələriniz kasaddırsa, sizə dağınıq otaqda düşünməyi tövsiyə edirəm", -deyir.

Səliqəsizlik dahilərə xas cəhətdir.

Albert Eynşteyn, Stiv Cobs, Roald Dal kimi dahilər də kifayət qədər sahmansız olublar.

Amma burada bir az diqqətli olun. Səliqəsizlik evimizdəki dolabları zibil qabı istifadə etmək anlamına gəlmir. İstənilən halda ifrata, antigigiyenaya varmadan balansı qorumaq lazımdır.

Sadəcə Eynşteynin bir kəlamını unutmayın:

"Əgər masadakı dağınıqlıq beynimizdəki dağınıqlığın rəmzidirsə, boş masa nəyin əlamətidir"?! (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/709476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR