Maral ovlayan brakonyerlərlə bağlı təhqiqata başlanılıb

Maral ovlayan brakonyerlərlə bağlı təhqiqata başlanılıb
22:05 16 Dekabr 2018
44 Ölkə
Ölkə mətbuatı
A- A+

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam Meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Xəbərdə qeyd edilir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dolaya yaxınlaşan əməkdaşları bir baş dişi maralın vurulduğunu qeydə alıblar. Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində təhqiqat aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR