Əsl Ceyms Bond kim olub? - İngiltərə kraliçasının casusu

Əsl Ceyms Bond kim olub? - İngiltərə kraliçasının casusu
22:37 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Yaraşıqlı, ağıllı və bacarıqlı bir agent. Biz onu filmlərdə Ceyms Bond, və ya agent 007 kimi tanıdıq. Keçmiş agent Felminq bu obrazın yaradıcısıdır. Amma o, bu obrazı real həyatda yaşamış Duşko Popovun həyatından götürüb.

Milli.Az "ölkə.az"-a istinadən əsl Ceyms Bondun həyatı haqqında yazını təqidim edir.

Duşko Popov II dünya müharibəsi dövründə yaşamasaydı, bəlkə də zəngin və yaraşıqlı bir vəkil olacaqdı. Amma bu belə olmadı. Həyat onu yaraşıqlı, qızbaz və qabiliyyətli casusa çevirdi. Popov serb əsilli idi və Almaniyada Frayburq universitetinin hüquq fakultəsində oxuyub. Məktəbə "Mercedes" və "BMW" markalı avtomobillərlə gəlib gedirdi. Bir gün barda nasistlərlə azadlıq mövzusunda mübahisə etdi və həbs edildi. Popovun Almaniyaya qarşı nifrəti başladı.

Təhsili başa vurub alman casusu kimi işləməyə başladı. Bunu onu həbsdən çıxaran dostu xahiş etmişdi. Popov Almaniya üçün etdiyi casusluğu ikili oyuna çevirdi və ingilislər üçün də casusluq etməyə başladı. Duşko almanlara səhv məlumatlar verərək İngiltərənin mənafeyini qorumağa başladı.

Popov almanlar üçün lazım olan məlumatı öyrənmək üçün Yaponiyaya səfər etdi və yaponların ABŞ-a qarşı hücuma hazırlaşdıqlarını öyrəndi. O, bu məlumatı ABŞ-a ötürsə də, ona inanan olmadı. Bu inamsızlığı isə ABŞ Perl Harbor hücumunda 2400 amerikalı əskərin ölümü ilə ödədi. Bu hücumdan sonra ABŞ prezidenti Ruzvelt hökumətin kəşfiyyat xidmətinin olmadığını başa düşdü və CİA-nın qurulması barədə əmr verdi.

II dünya müharibəsində Almaniya məğlub olduqdan sonra Popov səssizliyə çəkildi və yoxa çıxdı. O, casus olduğunu heç kəsin bilməməsini istəyirdi.

Amma onun casus olduğu Yan Fleminqin yazdığı kitabla ortaya çıxdı. Kitabdakı Ceyms Bond Popov idi. Popov isə kitabı bəyənmədiyini bildirdi.

Duşko 1981-ci ildə 69 yaşında vəfat etdi. Həyatının son illərini spirtli içki və siqaretə görə yataqda keçirib.

Popov uzun illər aktrisa Simone Simon ilə sevgili olub. Hətta fotoları qəzetlərdə dərc edilib...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/708508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR