Aya Sofya məscidini Nuhun gəmisi ilə nə bağlayır? - FAKTLAR

Aya Sofya məscidini Nuhun gəmisi ilə nə bağlayır? - FAKTLAR
23:05 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Nuhun tufanı barədə bir çox tarixi və dini kitabda məlumatlar var. Bu günə qədər də alimlər gəminin hansı dağa dəyib dayandığı barədə müzakirələr aparırlar. Əksər alimlər bu ərazini Türkiyə ərazisindəki Ağrı dağ kimi göstərir. Son dövlər aparılan araşdırmalar zamanı isə İranda da bir dağda, 4000 min metr hündürlükdə gəmi taxtaları tapılmışdı.

Övliya Çələbinin "Səyahətnamə" əsərinə əsasən isə, Nuhun gəmisinin taxtalarından Aya Sofya məscidinin qapıları düzəldilib. Milli.Az bildirir ki, bu barədə "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Aya Sofya məscidinin qapıları Nuhun gəmisinin taxtlarından düzəldilib. Nuhun gəmisi də Qabarday (Kabarda-Balkarya) diyarında yerləşirmiş.

Bununla bağlı məlumat Övliya Çələbinin "Səyahətnamə"sində yer alır. O, əsərinin bir yerində belə yazır:

"Ayasofya məscidinin 101 ədəd qapısının taxtaları Həzrət-i Nuh gəmisi lövhələridir ki, Mosul şəhri yaxınında Cudi Dağında Nuhun gəmisi oturduğunda taxtaları buradan getirip İstanbulda Aya Sofya Kilsəsinin qapılarını gəmi taxtalarından inşa etmişdilər".

Səyyaha görə, "Cudi Dağına Nuhun gəmisi oturduqtan sonra dəniz dalğaları ilə gəmi parçaları bu Qabarday diyarına gəlmişdir. Beş Dağdakı gəmi taxtası bundan idi".

Həmin Beş dağ isə Qabarday sərhəddində yer alıb Kuban çayının qərbində yerləşir.

"Bu Beş Dağ bölgəsində, bir ağaclı vadi içində bir-birinə yaxın beş yüksək dağ var. Sanki hamısı eyni qəlibdən çıxmış yüksək dağlardır. Ortadaki dağ hamsından uca ve hündürdür. Ətrafındakı digər dörd dağ ərtadakından alçaq və biraz daha yastı dağlardır. Ortadakı dağ üstündə qədim bir gəminin taxtası yer alır. Həmin taxta üç yüz addım uzunluğunda və iki addım enindədir. Taxtanın bəzi yerlərində mismar və burğu deşikləri var. Naxçıvan dəmiri kimi möhkəm taxtadır. Yerli xalqın inancına əsasən, bu uzun taxta lövhə Həzrət-i Nuhun gəmisinin parçasıdır. İki yüz yaşındaki qoca Qalmık kahinləri belə dedilər:

300 yaşında babalarımızdan şolay tavuşladık ki, yani belə eşitdik ki, Pənc Haşan ziyarəti qübbəsinin qapısı bu Nuh taxtasındandır".

Müəllifin Qalmıkların dili ilə adını zikr etdiyi Pənc Haşan Aya Sofiya deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/709516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR