KQB-şniklər edam edildi (VİDEO)

KQB-şniklər edam edildi (VİDEO)
21:26 13 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

İnternetdə İŞİD terrorçu qruplaşmasının Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşının edam olunması ilə bağlı video yayıb.

ANS PRESS-in məlumatına görə, edam səhnəsindən əvvəl girovlar Suriyaya nə məqsədlə gəldiklərini danışırlar. Öz yaşını və vəzifələrini açıqlayan agentlər hədəflərindən də danışır. Əsirlər özünü Mamayev Cambulat və Aşimov Serqey adlandırırlar.

Edamı uşaq həyata keçirir. Belə ki, o, girovların başından güllə vurur.

Qeyd edək ki, İŞİD Böyük Britaniya, ABŞ və Fransa vətəndaşlarının edam videosunu yaymışdı.

FTX İŞİD tərəfindən rusiyalı agentlərlə bağlı yayılan videonu şərh etməkdən imtina edib.

Rusiyanın Suriyadakı səfirliyi də açıqlama verib. Bildirilir ki, video ilə bağlı heç bir məlumata malik deyillər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR