Yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb

Yol qəzasında ikisi uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb
23:17 16 Dekabr 2018
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində, 1960-cı il təvəllüdlü Zirəddin Bayraç oğlu Qasımov və həyat yoldaşı, 1961-ci il təvəllüdlü Rəna Qasımova, həmçinin onların nəvələri: 4 yaşlı Nuray Elşən qızı Bayramova, 7 yaşlı Yüsif Elşən oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR